Vəkillər Kollegiyasının sədri Rumıniyada səfərdədir

12 Dekabr 2025 14:17 (UTC+04:00)

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarest şəhərinə rəsmi səfərə gedib.

SİA xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Buxarestin Tey Parkında ucaldılmış Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və dərin hörmətlə anılıb.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da ziyarətdə iştirak edib.