Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

12 Dekabr 2025 14:11 (UTC+04:00)

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü qeyd olunur.

SİA xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.