Baş nazir Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

12 Dekabr 2025 14:07 (UTC+04:00)

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 12-də ölkəmizin Türkmənistandakı səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Bu barədə SİA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.