Kiyevdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR

12 Dekabr 2025 13:27 (UTC+04:00)

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Kiyevdə anım mərasimi keçirilib.

SİA xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və “SOCAR Energy Ukraine” şirkətinin kollektivi əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə tər çiçəklər düzüb, dahi liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb: “Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib. Bu gün həmin ərazilər yenidən qurulur”.

“SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasında rolundan danışıb.