Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

12 Dekabr 2025 13:14 (UTC+04:00)

Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb. SİA-nın verdiyi məlumata görə, bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub. Anım mərasimi çərçivəsində Yeni Azərbaycan Partiyasının nümayəndələri, eləcə də YAP sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirak ediblər.

Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin müstəqilliyinin qorunması, siyasi sabitliyin bərpası və uzunmüddətli inkişaf strategiyasının formalaşdırılması istiqamətində göstərdiyi misilsiz xidmətlər bir daha hörmət və ehtiramla yad edilib. Tədbirdə Ulu Öndərin dövlət idarəçiliyi, diplomatiya sahəsində yaratdığı məktəb və müasir Azərbaycanın quruculuğundakı tarixi rolu xüsusi vurğulanıb. Daha sonra, iştirakçılar Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.

Ulu Öndərin ideyalarının bu gün də ölkənin siyasi xəttində əsas istiqamət olaraq yaşadılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji kursun uğurla davam etdirilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.