ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

12 Dekabr 2025 11:49 (UTC+04:00)

Gələn ilin fevral ayında ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında bildirib.

"ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və aparıcı enerji şirkətləri ilə enerji gündəliyimizdə yer alan layihələr və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi apardıq. Ticarət Palatası enerji əməkdaşlığının genişləndirilməsinə maraq göstərir", - nazir vurğulayıb.