Dövlət Xidmətinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - FOTOLAR

12 Dekabr 2025 11:09 (UTC+04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.