Azərbaycan Basketbol Liqasının IX turunda bu gün daha iki oyun keçiriləcək

12 Dekabr 2025 09:20 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının IX turunda bu gün daha iki oyun keçiriləcək.

SİA xəbər verir ki, əvvəlcə "Sumqayıt" "Ordu" kollektivi ilə qarşılaşacaq.

Matç Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.

Bu görüşdən 1 saat sonra NTD və "Şəki" kollektivləri güclünü ayırd etməyə çalışacaqlar. Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

A qrupunda yer alan "Şəki" 9 xalla beşinci, rəqibindən 1 xal geri qalan NTD isə 8 xalla altıncıdır. B qrupuna 16 xalı olan "Ordu" kollektivi başçılıq edir. 10 xalı olan "Sumqayıt" sonuncu - altıncı sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.