Rubio, Times New Roman şriftini qaytarmaq istəyir…

11 Dekabr 2025 21:44 (UTC+04:00)

...ABŞ Dövlət katibi Marko Rubio, Bayden administrasiyası dövründə “müxtəlifliyə” qarşı mübarizə çərçivəsində Dövlət Departamentinin Times New Roman şriftinin qaytarılmasını əmr edib.

SİA xəbər verir ki, “The New York Times” bu barədə mənbələrə istinadən məlumat yayıb.

Qəzet bildirib ki, “Rubio Bayden dövründə sans-serif şriftinə keçidi “israfçılıq” adlandırıb və Times New Roman-a qayıtmağı müxtəliflik ideyalarını məhv etmək səylərinin bir hissəsi kimi qiymətləndirib".

Qəzet bir memoranduma istinadən qeyd edir ki, Rubio Times New Roman-a qayıtmağın "departamentin yazılı işinə ədəb-ərkanı və peşəkarlığı bərpa edəcəyinə" inanır. Memorandumda qeyd olunur ki, Calibri Times New Roman kimi serif şriftlərlə müqayisədə "qeyri-rəsmi"dir və departamentin rəsmi blankı ilə "ziddiyyətlər" yaradır.

Əli Babayev