Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

11 Dekabr 2025 14:26 (UTC+04:00)

Baş nazir Əli Əsədov dekabrın 11-də Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Nazirlər Kabinetindən SİA-ya bildirilib ki, Baş nazir dahi rəhbərin xatirəsini anıb, abidəsi önünə gül dəstəsi qoyub.