Azərbaycan klubuna belaruslu baş məşqçi təyin olunub

11 Dekabr 2025 11:37 (UTC+04:00)

Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının yeni baş məşqçisi məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə belaruslu Sergey Kambur gətirilib. Onunla 1 illik müqavilə imzalanıb.

Sergey Kambur son olaraq “Qarabağ”ın qadınlardan ibarət komandasında işləyib.

“Azəryol”u son olaraq rusiyalı Aleksandr Revva çalışdırıb.