O, Ukrayna ilə müharibədə əzalarını itirib...

11 Dekabr 2025 03:21 (UTC+04:00)

...İnternetdə Ukraynaya qarşı müharibədə "tapşırıqları yerinə yetirərkən" qolunu və ayaqlarını itirən Rusiya özəl hərbi şirkətinin (PMC) "Salem" çağırışlı komandiri Dmitri Podolskinin videosu yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun görüntüləri Rusiyanın TASS təbliğat agentliyinin Telegram kanalında dərc edilib.

Videoda əsgər Ukraynada aldığı ağır xəsarətlərdən səkkiz ay sağaldığını bildirib.

Bundan əvvəl “Vaqner”in yeni komandiri Dmitri Podolski Mərkəzi Afrika Respublikasının (MAR) hökmdarı Faustin-Archange Touaderanın təhlükəsizlik müşaviri olub.

Əli Babayev