“Lənkəran” amerikalı basketbolçu ilə vidalaşıb

10 Dekabr 2025 17:47 (UTC+04:00)

"Lənkəran" basketbol komandasında ayrılıq yaşanıb.

SİA xəbər verir ki, bölgə təmsilçisi Raşed Dysonla vidalaşıb.

Mövsümün əvvəlində komandaya qoşulan amerikalı ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Qeyd edək ki, “Lənkəran” 23 yaşlı basketbolçunun ilk peşəkar klubu olub.