Leonardo DiKaprio: Süni intellekt “gənc rejissorlara kömək edəcək”...

10 Dekabr 2025 23:25 (UTC+04:00)

...Aktyor Leonardo DiKaprio süni intellektin kino sənayesindəki rolunu müzakirə edərək, texnologiyanın yeni rejissorlara kömək edə biləcəyini vurğuladı - amma bu, yalnız düzgün istifadə edildikdə baş verir. O, süni intellektin "yaradıcılıq imkanlarını genişləndirmək" və yaradıcılara "əvvəllər görmədiyimiz" bir şey yaratmağa imkan vermək potensialına malik olduğunu qeyd etdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Far Out Magazine yazır.

Lakin DiKaprio əsl sənətin insan olaraq qalmasında israr edir. …Sənət hesab etdiyimiz hər hansı bir əsər insandan gəlməlidir, - deyə o bildirdi.

Aktyor süni intellektin təsirli remikslər yaratmasına dair nümunə gətirdi.

…Onu dinləyir və düşünürsən ki, “Bu, Mikael Cekson ilə The Weeknd və ya başqa bir şeyin qarışığıdır - və bu, möhtəşəmdir”. Lakin 15 dəqiqəlik şöhrətdən sonra hər şey internet zibil axınına çevrilir, - deyə DiKaprio bildirib.

Onun sözlərinə görə, texnologiya yüksək keyfiyyətli səs istehsal etsə belə, ən vacib şey - insan əlaqəsi yoxdur.

…Nə qədər yaxşı səslənsə də, təməl yoxdur, insanlıq yoxdur, - deyə aktyor bildirib.

Hollivudda süni intellektin müzakirələri davam edir. Əvvəllər "Brutalist" filmi maraq doğurmuşdu, redaktor aktyorlar Adrien Brodi və Feliciti Cones-un vurğularını artırmaq üçün Respeecher proqram təminatından istifadə etmişdi. Lakin Brodi özü süni intellektdən həddindən artıq istifadəyə qarşı çıxaraq “heç bir vasitə emosiyanı əvəz edə bilməz”- demişdi. DiCaprio və həmkarları razıdırlar: texnologiya kömək edə bilər, lakin insan yaradıcılığını əvəz etməməlidir.

Nazlı Almuradova