Lənkəranda avtomobil məktəblini vurub

10 Dekabr 2025 16:24 (UTC+04:00)

Lənkəranda nəqliyyat vasitəsi 13 yaşlı məktəblini vurub.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. Şəhərdaxili yolda hərəkətdə olan nəqliyyat vasitəsi piyada, 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib və müvafiq şöbəyə yerləşdirilərək müalicəsinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.