Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

10 Dekabr 2025 13:36 (UTC+04:00)

Dekabrın 10-u saat 13:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Xaltan, Xaçmaz, İmişli, Sabirabad, Şamaxı, Altıağac, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, İsmayıllı, Ağsu, Yevlax, Hacıqabul, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Ağdam, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Oğuz, Qobustan, Quba, Qusarda yağış, Şahdağda isə qar yağır.

Ordubad, Sədərək, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Xızı, Qusar, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur.