Azərbaycanın voleybol hakimləri bu gün avrokubok matçlarında iş başında olacaq

10 Dekabr 2025 12:05 (UTC+04:00)

Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıblar.

Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Konstantin Selin və Eldar Əliyev avrokubok oyunlarında iş başında olacaqlar. K.Selin kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Prima Donna Kaas Huizen" (Niderland) oyununda birinci hakim olacaq. Görüş bu gün, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

E.Əliyev isə kişi voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində keçiriləcək "AONS Milon" (Yunanıstan) - "CEZ Karlovarsko" (Çexiya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Bu gün, Bakı vaxtı ilə saat 20:00-da Yunanıstanda baş tutacaq qarşılaşmanın birinci hakimi türkiyəli Cevik Ramazandır.