YAP Səbail rayon təşkilatında anım tədbiri keçirilir - YENİLƏNİR/FOTOLAR

10 Dekabr 2025 11:00 (UTC+04:00)

YAP Səbail Rayon Təşkilatının Qərargahında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilir. SİA xəbər verir ki, tədbir iştirakçıların Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etməsi ilə başlayıb.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra bir dəqiqəlik sükut elan olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova iştirak edirlər.