Astara rayonunda balıqçılar itkin düşüb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, ötən gecə axşam saatlarında FHN-nə Astarada iki balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.
Hazırda onların axtarışları davam etdirilir.