Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib

9 Dekabr 2025 17:37 (UTC+04:00)

Rəqəmsal məhsullar portfelini ən son texnologiyalarla zənginləşdirməyə davam edən Azercell ölkə bazarında daha bir ilkə imza atıb. Şirkət intuitiv, müasir və yüksək keyfiyyətli məzmun izləmə mühiti yaradaraq Kinon-u Azərbaycanın aparıcı rəqəmsalhəllərindən birinə çevirir.

Lider mobil operator Kinon tətbiqini süni intellekt əsaslı həllərlə təchiz edərək yeni nəsil axtarış və fərdiləşdirilmiş tövsiyə funksiyalarını istifadəyə verib. Azərbaycanda ilk dəfə tətbiq olunan bu sistem istifadəçilərə filmləri, serialları və müxtəlif proqramları gündəlik danışıq dilində verilən sorğular vasitəsilə tapmağa imkan yaradır. “Axşam üçün nəsə gülməli”, “istirahət üçün serial”, “gözəl mənzərələr olan film” kimi ifadələr süni intellekt tərəfindən tam şəkildə başa düşülür və sistem istifadəçi davranışlarını analiz edərək fərdiləşdirilmiş nəticələr təqdim edir. Yeni həll tətbiq daxilində rahat naviqasiya, fərdi məzmun axtarışı və TV təcrübəsini təmin edir.

Qeyd edək ki, “Kinon” tətbiqi istifadəçilərə eyni anda 260-dan çox yerli və xarici TV kanalını izləmək imkanı yaradır. Bundan əlavə, “Premier”, “Viju” və “Wink” kimibeynəlxalqonlaynkinoteatrlar da birplatformadabirləşdirilib.

Tətbiqiyükləməküçün:https://bit.ly/Kinon

Kinon-un süni intellekt imkanları ilə daha ağıllı, daha sürətli və tam olaraq seçimlərinizəuyğunlaşdırılmış yeni nəsil TV təcrübəsini kəşf edin!

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/kinon-plus.html