Bakıda yaşayış binasının eyvanı uçub.
SİA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.
Uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb. Nəticədə qadın xəsarət alıb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.