Tərtərdə narkotikin satışını təşkil edən şəxs saxlanılıb

10 Dekabr 2025 10:21 (UTC+04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Mustafayev saxlanılıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, N.Mustafayevin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.