AQTA Gəncədə şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb

10 Dekabr 2025 10:08 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə orta məktəb şagirdlərinin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Məsələ nəzarətə götürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan və dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən 8 nəfərə zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.