Dekabrın 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Şahdağda qar yağır.
Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 21, Biləsuvar, Lənkaranda 20, Lerikdə 18, Yardımlı, Gədəbəydə 13, Neftçalada 11, Bakıda və Abşeron yarımadasında 9, Zaqatala, Naxçıvan, Balakəndə 7, Ağdam, Beyləqan, Şirvan, Zərdabda 6, Sədərək, Şərur, Altıağac (Xızı), Qax, İsmayıllı, İmişlidə 5, Ordubad, Culfa, Quba, Sabirabad, Ağstafa, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Tərtər, Şəki, Şahbuz, Yevlax, Oğuz, Qəbələ, Naftalan, Bərdə, Tovuz, Beyləqan, Şabran, Kürdəmir, Şəmkir, Daşkəsən, Göygöl, Ceyrançöl, Göyçay, Qobustan, Xaltan, Şamaxı, Goranboy, Mingəçevir, Gəncə, Xaçmaz, Qusarda 4 mm-dək qeydə alınıb.
Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Gəncə, Şəmkir, Tovuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Xızı, Naftalan, Quba, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmirdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.