Merz ABŞ-a məsləhət verdi...

10 Dekabr 2025 08:19 (UTC+04:00)

ABŞ Avropada demokratiyanı xilas etməyə çalışmamalıdır.

SİA xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, Almaniya kansleri Fridrix Merts ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı belə şərh verib.

O qeyd edib ki, “Amerikalıların Avropada demokratiyanı xilas etməyə çalışmasına ehtiyac yoxdur”.

Lakin o əlavə edib ki, sənəd Avropa Ittifaqınnn “təhlükəsizlik siyasəti baxımından ABŞ-dan daha müstəqil olması” lazım olduğu fikrini təsdiqləyir.

Əli Babayev