Tramp Ukraynaya sülh planını qəbul etmək üçün son tarix verdi..?

10 Dekabr 2025 06:25 (UTC+04:00)

...SİA-nın məlumatına görə, "The Financial Times" mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh planına cavab vermək üçün "bir neçə gün" vaxt verib.

Zelenskinin özü bildirib ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner ondan "tez bir qərar" istəyərək təzyiq göstəriblər.

Trampın özü Milad bayramına qədər razılığa gəlməyə ümid edir.

ABŞ Prezidenti bir gün əvvəl bildirib ki, Tramp özü Zelenskinin hələ sülh planını nəzərdən keçirməməsindən məyusdur.

...Və deməliyəm ki, Prezident Zelenskinin hələ də sülh təklifini nəzərdən keçirməməsindən bir az məyus oldum.

Tramp deyib bunu.

Əli Babayev