Dekabrın 9-u axşam saatlarında Qusar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.
Yaralıların vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.