...1950-1960-cı illərin fransız aktrisası və seks simvolu olan Bricit Bardo uzun müddət dərin depressiya, tənhalıq və intihar düşüncələri ilə mübarizə aparıb. O, rejissor Alen Berlinerin “Bardot” sənədli filminin mövzusuna çevrilib və bu filmdə həyatının ən qaranlıq fəsilləri haqqında bir sıra səmimi etiraflar edib.
SİA-nın məlumatına görə, The Times filmə rəy yazıb.
“Və Tanrı qadını yaratdı”, daha sonra “Bikinidə Manina” filmlərində rol aldıqdan sonra qazandığı beynəlxalq şöhrət onun üçün ağır bir yük olub.
Gəncliyində müharibədən sonrakı dövrün ən məşhur fransız kino ulduzlarından birinə və 1960-cı illərin cinsi inqilabının simvoluna çevrilən Bardo, paparassilərin təqibi səbəbindən evində təcrid olunmuş bir qadın kimi dərin depressiya ilə mübarizə aparıb.
İntihar etmək istəyirdim, amma bir möcüzə məni xilas etdi, - Bardo deyib.
Bundan əlavə, fransız ulduzu özünü çirkin hesab edirdi. Təəccüblüdür ki, gənc qadını uğur qazanmağa sövq edən məhz öz cəlbediciliyinə dair dərin bir inamsızlıq idi.
Bardot özünün avtobioqrafik sənədli filmində xatırlayır: ...Özümə dedim ki, “Mən gözəl deyiləm, ona görə də heç olmasa ağıllı, gülməli olmalı və bunu digər keyfiyyətlərlə kompensasiya etməliyəm”.
Onun qətiyyəti 15 yaşlı Bricitti Elle jurnalının üz qabığına çıxardı və sonradan ona dünya miqyasında şöhrət qazandırdı. Lakin medianın daimi diqqəti, normal həyat sürməyin mümkünsüzlüyü və "seks simvolu" olmağın təzyiqi onu ümidsizliyə saldı.
...Fransız əfsanəsinin xilası 1970-ci illərdə kinodan təqaüdə çıxıb öz heyvan hüquqları xeyriyyə təşkilatını qurması ilə gəldi. İntihar düşüncələrinin aktrisanın uzaq keçmişinin bir şeyi olmasına baxmayaraq, o, bu günə qədər depressiya ilə mübarizə aparır.
Bardot əlavə edib ki, “...hər səhər kədərli oyanıram”.
Nazlı Almuradova