Sabah Coratda 650 abonentin qazı kəsiləcək

9 Dekabr 2025 14:59 (UTC+04:00)

Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən SİA-nın yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.