Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub - YENİLƏNİR - FOTOLAR

9 Dekabr 2025 13:35 (UTC+04:00)

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.

SİA xəbər verir ki, Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti xatirə kitabını imzaladı.