"Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 % azalıb" - BAŞ NAZİR

9 Dekabr 2025 11:46 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

SİA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.