Ağcabədidə avtomobil divara çırpılıb.
SİA xəbər verir ki, 1997-ci il təvəllüdlü Xanlarov Bahadur Hidayət oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsinin sol tərəfində olan fərdi yaşayış evinin divarına çırpılıb.
Nəticədə sürücü xəsarətlərlə xəstənaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq B. Xanlarov ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.