Tovuzda 3 yaşlı uşaq hovuzda boğularaq ölüb

9 Dekabr 2025 09:33 (UTC+04:00)

Tovuzda 3 yaşlı uşaq hovuzda boğularaq ölüb. SİA xəbər verir ki, Düz Qırıqlı kəndində 2022-ci il təvəllüdlü H. Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.