Naxçıvanda dumanlı hava yollarda hərəkəti çətinləşdirir

9 Dekabr 2025 09:05 (UTC+04:00)

Dekabrın 8-i axşam saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində qatı duman müşahidə olunur.

SİA-nın bölgə müxbiri xəbər verir ki, dumanlı hava şəraiti bu gün səhər saatlarında da davam edir.

Mövcud vəziyyət yollarda görmə məsafəsini məhdudlaşdırdığından avtomobil və piyadaların hərəkətində çətinlik yaranır.