Zaqatalada yarımtikilidən meyit aşkar edilib

8 Dekabr 2025 21:01 (UTC+04:00)

Hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Əliabad qəsəbə sakini, 71 yaşlı İsmayıl Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə tapılıb. Meyit ailə üzvləri tərəfindən aşkar olunan kimi müvafiq orqanlar məlumatlandırılıb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.