...Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorq Mirzayan bildirib ki, ABŞ-ın yeni milli təhlükəsizlik doktrinası “çox pis siqnal” ehtiva edir: Ukrayna böhranını tərəflərin günahkarlığını qiymətləndirmədən təqdim edir.
SİA-nın məlumatına görə, ekspert bunu News.ru-ya bildirib.
Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni milli təhlükəsizlik doktrinası dərc edib. Sənəddə Amerika xarici və müdafiə siyasətinin prinsipləri və prioritetləri təsbit olunub.
...Və ABŞ-ın qlobal dominantlıq axtarışından imtina etməsi qeyd olunub.
Doktrina Latın Amerikası və Asiyaya yönəlib, Avropa və Yaxın Şərq isə arxa plana keçib.
Trampın rəhbərliyi altında ABŞ NATO-nun genişlənməsini dayandırmağı və Rusiya ilə "strateji sabitliyi bərpa etməyi" planlaşdırır.
Sənəddə Ukrayna böhranına yalnız bir abzas həsr olunub. Orada ABŞ-ın hərbi əməliyyatlara tez bir zamanda son qoymağı və iqtisadi bərpanı istədiyi vurğulanır.
Ekspert ABŞ-ın yeni doktrinasını qiymətləndirərkən bildirib ki, "Ukraynadakı münaqişə sadəcə baş verən bir hadisə kimi təqdim olunur və tərəflərin günahkarlığı dəqiq qiymətləndirilmir. Bu, Kiyev rejimi üçün çox pis bir siqnaldır. Bütün dünyanın Ukraynanı xilas etməsi üçün heç bir çağırış yoxdur".
Sənəddə həmçinin Rusiya Avropa üçün təhlükə kimi qeyd edilmir.
Ekspertin fikrincə, Kiyev üçün ABŞ-ın yeni doktrinası Cozef Bayden administrasiyası tərəfindən formalaşdırılan "bütün narrativlərin məhv edilməsi" deməkdir.
Əli Babayev