...Braziliyada keçirilən gənclər gözəllik müsabiqəsinin qalibi katolik rahibəsinə çevrilib.
SİA xəbər verir ki, bu barədə Newsroom Panama məlumat verib.
Qeyd edilir ki, Kamila Rodriges Kardoso 18 yaşında "Miss Qitə" müsabiqəsinin qalibi olub.
Gözəllik kraliçası "Miss Braziliya" və "Miss Kainat" müsabiqələrinə namizəd hesab olunurdu və ona modellik müqavilələri və şou-biznesə dəvətnamələr təklif olunurdu, lakin o, qəfildən qlamur sənayesindən ayrılıb.
Gənc qadın həyatını Allaha xidmət etməyə həsr etmək qərarına gəlib.
O izah edib ki, atası vəfat etdikdə, doqquz yaşında imana gəlib. Gözəllik müsabiqəsində qalib gəldikdən sonra Kardoso bunun ona rahatlıq vermədiyini anlayıb və bu yoldan imtina etmək qərarına gəlib.
Kamila indi 21 yaşındadır. O, Eva adı altında monastırda yaşayır və gecəqondularda yaşayan uşaqlara dərs deyir.
O, evlilik təklifləri almağa davam etdiyini, lakin onları ciddiyə almadığını etiraf edib.
İndi onun həyatı yalnız Allaha məxsusdur.
Nazlı Almuradova