Arvadının dərisini soyan rus Ukraynadakı müharibəyə göndərilib...

9 Dekabr 2025 00:34 (UTC+04:00)

...Arvadını qətlə yetirib dərisini soyan Sverdlovsk vilayətindəki Berezovski şəhər sakini Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

SİA xəbər verir ki, bu barədə Ura.ru istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.

Belə ki, Rafis Xuzin məhkəmənin qərarını gözləməyib və Ukraynada müharibəyə gedib.

Deyilənlərə görə, hadisə oktyabrın 17-də şəhərin Geroyev Truda küçəsindəki şəxsi evdə baş verib.

Müstəntiqlərin sözlərinə görə, qadın evə qayıdıb və ərini şorba bişirmədiyinə görə tənqid edib. Kişi qəzəblənib, bıçaq götürüb, arvadını bıçaqlayıb, sonra dərisini soyub parçalamağa çalışıb.

Və sonra cəsədi tövlədə gizlədib.

Beş gün sonra Xuzin polisə təslim olub və etiraf edib. İstintaq bitənə qədər həbs edilib və indi də “günahlarını yumaq üçün” Ukraynadakı döyüşə göndərilir.

Nazlı Almuradova