Rayonlararası istiqamətlər üzrə qatar reyslərinin sayı artırılır

8 Dekabr 2025 15:41 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

ADY-dən SİA-ya bildirilib ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı;

- 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı,

- 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı,

- 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.