...Çinli bir qadın on il bundan əvvəl Vençuan zəlzələsi zamanı onu xilas edən kişi ilə evlənib.
SİA xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.
Onların qeyri-adi hekayəsi Çanşada yayılıb, burada 37 cütlüyün qatıldığı ənənəvi üslubda illik kütləvi toy mərasimi keçirilib.
Cütlüyün hekayəsi 2008-ci ildə başlayıb. Zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatlarına 22 yaşlı Liang adlı əsgər də göndərilib.
Dağıntıları təmizləyərkən, o, uçmuş binanın ikinci mərtəbəsində metal konstruksiyalar tərəfindən əzilmiş on yaşlı bir qız tapıb.
Xilasetmə qrupu uşağa çatmaq üçün dörd saat sərf edib, sonra qız xəstəxanaya aparılıb. Ailəsi daha sonra Hunan əyalətinə köçüb və o, xilaskarını bir daha görməyib.
Qız etiraf edir ki, zamanla demək olar ki, onun üzünü unutub. ...Yaddaşımda yalnız bulanıq bir görüntü qalıb,-bunu o deyir. Hər şey 2020-ci ildə, o, valideynləri ilə Çanşadakı bir restoranda şam yeməyi yeyərkən dəyişib.
Anası qonşu masada bir kişini görüb dedi ki, o, bir vaxtlar qızını dağıntılar altından çıxaran kişiyə çox oxşayır. Qız cəsarətini toplayıb yaxınlaşdı.
...Lian qardaş? Bu sənsən?, - deyə soruşub.
Həyəcan qarşılıqlı idi: xilasedici onu tanımadığını, qızın çox dəyişdiyini etiraf edib. Təsadüfi görüşdən sonra gənclər əlaqə məlumatları mübadiləsi apardılar. Qız əvvəlcə ona mesaj yazıb və tezliklə ona bağlandığını anlayıb.
Dediyinə görə, həlledici an öz hisslərini dərk etdiyi an gəlib. ...Mən onu minnətdarlıqdan sevmirəm. Onunla vaxt keçirməklə bu kişiyə həyatımı etibar edə biləcəyimi anladım, - deyə qız hislərini bölüşüb.
Lian da cavab verib.
...O, mənim həyatımda bir işıq şüasıdır. Özümü pis hiss etdiyim zaman onun müsbət münasibəti mənə həyatın hələ də ümidlə dolu olduğunu xatırladır
Beləliklə, illər sonra tale onları yenidən xarabalıqlarda deyil, toy qurbangahında bir araya gətirib...
Nazlı Almuradova