Azərbaycanın FIFA referisi “Çelsi”nin oyununa təyinat alıb

8 Dekabr 2025 14:08 (UTC+04:00)

Azərbaycanın FIFA referisi Kamal Umudlu növbəti dəfə beynəlxalq təyinat alıb. SİA xəbər verir ki, o, UEFA Gənclər Liqasının VI turunda "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) görüşünün baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Qeyd edək ki, qarşılaşma dekabrın 9-da Berqamo şəhərində təşkil olunacaq.