“Bu layihə yaxşı irəliləyiş əldə edib". SİA-nın verdiyi məlumata görə, bu sözləri Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransı zamanı İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin jurnalistlərin sualını cavablandırdığı zaman deyib.
O bildirib ki, bizimlə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında bu sahədə yaxşı əməkdaşlıq mövcuddur: "Lazımi sərmayələr təmin olunub, müqavilələr imzalanıb və biz hazırda layihənin icrası üçün zəruri hazırlıq işləri ilə məşğuluq. Lazımi hazırlıqların 50 faizindən çoxu artıq yerinə yetirilib və, inşallah, gələn il layihənin icrasına başlanacağını ümid edirik".