Budanov Ukrayna kəşfiyyatının bu imkanlarını təsdiqlədi...

7 Dekabr 2025 19:05 (UTC+04:00)

...Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Ukrayna hərbi kəşfiyyatı Kremlin yüksək vəzifəli məmurları arasında danışıqları dinləmək qabiliyyətinə malikdir.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat verib. RBC-Ukrayna müxbiri ilə söhbət zamanı Budanov Ukrayna Kəşfiyyat İdarəsinin imkanlarını qısaca təsdiqləyib.

...Bəli, edə bilərik. Biz bunun üçün pul alırıq\, - deyə o bildirib.

Bu şərh bir neçə Qərb mediasında Ukraynanın jurnalistlərə Putinin müşaviri Yuri Uşakov və elçi Kirill Dmitriyev arasında danışıqların səs yazılarını təqdim etdiyinə dair xəbərlər fonunda səsləndirilib.

Əli Babayev