Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

7 Dekabr 2025 09:45 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.

"Azərbaycan-KƏŞ münasibətlərinin uğurlu inkişafı barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - Prezidentin köməkçisi qeyd edib.