Hindistanın Qoa ştatında gecə klubunda yanğın olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ştatın paytaxtı Panajidən 25 kilometr uzaqlıqdakı Arpora kəndində yerləşən "Birch by Romeo Lane" gecə klubunda baş verib.
Yanğın nəticəsində 25 nəfər ölüb.
Hadisənin gecə klubunda qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir.