...Polşa Baş naziri Donald Tusk Avropanın ABŞ-ın düşməni deyil, müttəfiqi olduğunu bildirib və sonuncunu bu prinsipə riayət etməyə çağırıb.
SİA xəbər verir ki, o, bu barədə X-də yazıb.
Tusk öz paylaşımında "əziz amerikalı dostlarına" ingilis dilində müraciət edib.
...Avropa sizin ən yaxın müttəfiqinizdir, probleminiz deyil. Və bizim ortaq düşmənlərimiz var. Ən azından son 80 ildə belə olub. Biz buna riayət etməliyik; bu, ortaq təhlükəsizliyimiz üçün yeganə ağıllı strategiyadır. Əlbəttə ki, heç nə dəyişməyibsə, - deyə Polşa Baş naziri əlavə edib.
O, bu çağırışı niyə etdiyini dəqiqləşdirməyib, lakin bu, bu həftə təqdim olunan yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasının müzakirələri zamanı baş verib.
Sənəddə vurğulanır ki, ABŞ-ın Avropaya qarşı siyasəti Rusiya ilə münasibətlərdə strateji sabitliyə qayıtmağa, Avropaya öz müdafiəsi üçün daha çox məsuliyyət verməyə və NATO-nun daha da genişlənməsinin qarşısını almağa yönəlməlidir.
AB-nin Baş diplomatı Kaya Kallas bildirib ki, ABŞ administrasiyasının tənqidlərinin müəyyən əsası olsa da, Avropa, xüsusən də Rusiya ilə münasibətlərində öz gücünə daha inamlı olmalıdır.
Yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasının dərc olunması kontekstində Avropa Komissiyası transatlantik münasibətlərə dəyər verdiyini, lakin Aİ-nin özü ilə bağlı qərar qəbuletmədə aparıcı rolunu müdafiə etdiyini bildirdi.
Əli Babayev