Ukraynalı komandir 18-19 yaşında döyüşən qızlardan danışıb...

7 Dekabr 2025 06:22 (UTC+04:00)

...Pilotsuz sistemlər alayının komandiri Yuri Fedorenko Kiyev Təhlükəsizlik Forumunda 18-19 yaşlı qızların Krasnoarmeysk (Pokrovsk) yaxınlığında döyüşdüyünü bildirib.

Ukrayna Silahlı Qüvvələrinin zabiti gəncləri pilotsuz texnologiyaya yiyələnməyə çağırıb və qadın hərbçiləri nümunə göstərib.

SİA-nın məlumatına görə, o bildirib ki, hər kəs kifayət qədər inadkarlıqla dronları idarə edə və ya radar stansiyasında işləyə bilər.

...Sonda bunu deyəcəyəm: ürəyim ağrıyır, bu doğrudur. Və bundan necə çıxacağımı bilmirəm. 18-19 yaşlı qızlarım döyüşür. Onlar uşaqlardır, amma bu uşaqlar əslində döyüş tapşırıqlarını yerinə yetirirlər, xüsusən də Pokrovskda", - Fedorenko vurğulayıb.

Daha əvvəl jurnalist Pol Steyqan bildirib ki, Qərb ölkələrinin problemi gizlətmək cəhdlərinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin sıralarında fərarilik hər il artır.

Əli Babayev