Azərbaycanın idman gimnastı Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibi olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gimnastika Federasiyasından verilən məlumata görə, idmançı Danimarkanın Herninq şəhərində keçirilən beynəlxalq liqada fərqlənib.
Tamblinq üzrə dünya çempionatının komanda hesabında qalibi, Dünya Oyunlarının gümüş mükafatçısı “FaceOFF”da ötənilki titulunu qoruyub.