Futbol üzrə İngiltərə Premyer Liqasında XV tura start verilib.
SİA xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Lider “Arsenal” səfərdə “Aston Villa”ya 1:2 hesabı ilə uduzub. İkinci pillədə qərarlaşan “Mançester Siti” öz meydanında “Sanderlend”in qapısından 3 cavabsız qol keçirib. “Çelsi” – “Bornmut” görüşündə qapılara qol vurulmayıb.
Günün son matçında bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “Liverpul” “Lids”in qonağı olub. Mersisayd klubu hesabda öndə olmasına baxmayaraq, qələbəni əldən verib - 3:3.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Everton” – “Nottingem” - 3:0
“Nyukasl” – “Börnli” - 2:1
“Tottenhem” – “Brentford” - 2:0
Qeyd edək ki, turun digər oyunları dekabrın 7-də və 9-da keçiriləcək.