“Yadplanetli gəmi” bir çox ölkədə çaxnaşmaya səbəb olub...

6 Dekabr 2025 22:14 (UTC+04:00)

...3I/ATLAS kosmik obyektinin, həmçinin “yadplanetli gəmisi” kimi tanınan qeyri-adi davranışı qlobal miqyasda ciddi diqqət çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Star yazır.

Məqalədə qeyd edildiyi kimi, dünya liderləri genişmiqyaslı planetar müdafiə təlimləri keçirməyə başlayıblar.

Nəşr bildirir ki, “...bu, hökumətlərin 3I/ATLAS kimi tanınan ulduzlararası obyektin gözlənilməz hərəkətlərinə hazırlaşdığını göstərir”.

Məqalədə iddia olunur ki, Avropa Kosmik Agentliyi bütün planetar müdafiə triadasını aktivləşdirib. Yaponiya sürətləndirilmiş təlimlər keçirib, ABŞ isə yüksək hündürlükdə orbital uçuşu izləmək üçün məşq edib.

Avstraliya, Cənubi Koreya və Braziliya da birgə təlimlərdə fəal iştirak edir.

1 dekabrda sirli ulduzlararası obyekt 3I/ATLAS Yerə yaxınlaşdıqca davranışını dəyişib.

Kosmik obyektin müşahidələri onun qəfildən zəiflədiyini - altı gün ərzində parlaqlığının üçdə birindən çox azaldığını göstərib.

Alimlər hesab edirlər ki, bu, kometin Günəşdən məsafəsinin artması və daha az işığı əks etdirməsi səbəbindən baş verə bilərdi.

Əli Babayev